Mətanət Əsədova şərt qoydu: "Məni sevən insan bilməlidir ki..."


Şou-biznes 14 Fev 2018 21:18:00 407 0

Mətanət Əsədova şərt qoydu: "Məni sevən insan bilməlidir ki..."

Tanınmış müğənni Mətanət Əsədova ailə həyatı qurmaq istəyindən danışıb.

Son.az-a açıqlama verən məşhur hələ də seçim etmədiyini bildirib.

"Mənə elçi gələn fikirləşməlidir ki, 100 faizlik bir xanımam. Heç olmasa məni sevən insan 50 faiz olmalıdır. Bəzən valideynləri ilə elçiliyə gəlirlər. Mən axı uşaq deyiləm. Sevgini çox ucuzlaşdırıblar. Sevgi Allaha gedən yoldur, hər insan bunu daşıya bilməz. Bir dəfə palçığa batmışam, ikinci dəfə batmaq istəmirəm. Qarşımdakı insan bilməlidir ki, mənim atam, anam yoxdur. O mənə hər mənada dəstək olmalıdır. Mənim seçilən vaxtım deyil, indi mən seçirəm", - deyə müğənni bildirib.