Azərbaycanda narkomanlar daha çox tiryək və heroindən zəhərlənirlər


Digərləri 14 Fev 2018 21:00:11 286 0

Azərbaycanda narkomanlar daha çox tiryək və heroindən zəhərlənirlər

Azərbaycanda narkotik maddələrdən zəhərlənərək xəstəxanaya yerləşdirilənlər daha çox opium qrupuna aid maddələrdən - tiryək və heroindən zəhərlənənlər olur.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda narkotik maddələrdən zəhərlənərək xəstəxanaya yerləşdirilənlər daha çox opium qrupuna aid maddələrdən - tiryək və heroindən zəhərlənənlər olur. Bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib. Mütəxəssisin sözlərinə görə, ötən il kimyəvi zəhərlənməyə məruz qalanların (2016 nəfər) 2,8 faizi narkotik maddələrdən, 4,8 faizi spirtdən zəhərlənib. İ.Əfəndiyev deyib ki, dərmanların tərkibində olan narkotik maddələrdən zəhərlənmələr olmur. Baş toksikoloq qeyd edib ki, başqa narkotiklər - amfetamin, kokain, yeni "dizayner narkotik"lər Avropa ölkələri, hətta Rusiya üçün aktual problemdir. Amma bu narkotiklər Azərbaycana az sayda gətirildiyinə görə bunlardan zəhərlənmələr çox qeydə alınmır: