Misirdə yaşayan azyaşlı həmyerlimiz Qahirədə keçirilən taekvando yarışında qalib olub


Digərləri 14 Fev 2018 20:27:51 201 0

Misirdə yaşayan azyaşlı həmyerlimiz Qahirədə keçirilən taekvando yarışında qalib olub

Misir kubokunda 10 yaşlı soydaşımız Sumeyra Xəlilova ölkəmizi uğurla təmsil edib.

Bakı. Misirin paytaxtı Qahirə şəhərində uşaqlar arasında taekvando üzrə keçirilən Misir kubokunda 10 yaşlı soydaşımız Sumeyra Xəlilova ölkəmizi uğurla təmsil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ölkə üzrə keçirilən bu yarışda 3-cü yerə layiq görulən Sumeyra Xəlilova bürünc medal qazanıb. Soydaşımız buna qədər Qahirə şəhəri üzrə bir çox yarışlarda qalib gəlsə də bu, onun ən böyük uğuru idi.