Bakıda qadın qohumu tərəfindən zorlandı


Kriminal 14 Fev 2018 19:50:00 283 0

Bakıda qadın qohumu tərəfindən zorlandı

Xəzər rayonunda zorlama hadisəsi baş verib.

Bu, fevral ayında Bakı ərazisində qeydə alınmış sayca dördüncü zorlama faktıdır. Son.az oxu.az-a istinadən xəbər verir ki, Xəzər rayon hüquq-mühafizə orqanlarının məlumatına görə, 42 yaşlı Buzovna qəsəbə sakini İ.Z. bu barədə polis bölməsinə şikayət edib. Qadın ərizədə göstərib ki, fevralın 11-də, saat 11:30 radələrində öz fərdi evində cinayət qurbanı olub.

Cinayətin 1969-cu il təvəllüdlü qohumu Z.Z. tərəfindən törədildiyi bildirilir. Zərərçəkənin sözlərinə görə, həmin şəxs onunla eyni ünvanda yaşayıb. Şübhəli şəxs hələlik saxlanılmayıb, materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib.