Bilik Fondu "Oxuyaq, öyrənək, öyrədək" aksiyası keçirib


Digərləri 14 Fev 2018 19:47:11 247 0

Bilik Fondu "Oxuyaq, öyrənək, öyrədək" aksiyası keçirib

Bilik Fondu 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə mütaliənin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü (İnternational Book Giving Day) münasibətilə mütaliənin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirib. Trend-in məlumatına görə, fondun əməkdaşları "İmzalı görüş" layihəsi çərçivəsində uşaq yazarı Aygün Bünyadzadə ilə birlikdə "Ümid İşığında" Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reablitasiya kursu keçən fiziki qüsurlu uşaqlarla görüşüblər. Görüşdə uşaq yazarı müəllifi olduğu hekayələri oxuyub və dinləyicilərlə fikir mübadiləsi aparıb. Fondun nümayəndələri A.Bünyadzadənin kitablarını azyaşlı oxuculara hədiyyə ediblər. Həmin gün Bilik Fondundan kitab hədiyyəsi alan qurumlardan biri də Respublika Talassemiya Mərkəzi olub. Mərkəzin direktoru Valeh Hüseynov Fondun fəaliyyətini yaxından izlədiyini, xüsusən mütaliə mədəniyyətinin təbliği ilə bağlı aksiyalarının üstünlüklərini vurğulayıb. Direktor Fondun hədiyyə etdiyi kitabları Mərkəzdə müalicə alanlara təqdim edib.