“Atamın bu sahədə olan tanışlarına görə müğənni oldum” VİDEO FOTO


Şou-biznes 14 Fev 2018 19:25:00 56 0

“Atamın bu sahədə olan tanışlarına görə müğənni oldum”  VİDEO  FOTO

"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Orxan Babazadə olub. Son.az xəbər verir ki, o, müğənniliyə hobbi kimi baxdığını və indi müğənnilərin əvvəlki kimi sevilmədiyini deyib: "Bilirsiz ki, mən bizneslə də məşğulam. Müğənnilik mənim üçün bir hobbidir. Bəlkə də, hobbi olduğu üçün bu sahəyə isti yanaşmıram. Müğənnilər də əvvəlki kimi sevilmir və qəbul olunmur. Əvvəllər müğənnniyə daha çox hörmət, izzət var idi. Düşünürəm ki, əvvəlki kimi hörmət olunmur müğənnilərə. Ona görə də mən belə sərt danışıram. Mən sözü üzə deyən bir insanam. Ətrafımda olanlar bilir ki, "qırmızı" insanam. Sözü üzə dediyim üçün çox adam məni bəyənmir, gözü götürmür". Orxan həmkarlarının bostanına da daş atıb: "Özümdən razı biri deyiləm. Sadəcə olaraq, qıraqdan elə görünür. Ola bilər ki, mənim duruşum, yerişim çox insanları aldatsın. Özümdən razı biri olmamışam, olmayacam da. Çünki mən görüb gəlmişəm. Sonradan görənlərdən deyiləm". Orxan müğənniliyə gəlməsində atasının böyük köməyinin olduğunu etiraf edib: "Atam çox insana kömək edib. Baba deyəndə hamı kim olduğunu bilir. Mənim müğənni olmağıma atamın bu sahədə daha çox tanışının olması, daha çox insanlarla münasibətdə olması kömək edib. Ona görə də bu sahəyə yönəldim. Ola bilsin ki, atam hər dəfə məni tədbirlərə aparanda məndə müğənniliyə daha çox həvəs yaranıb. Atam mənə hər zaman deyir ki, bu iş daha maraqlıdır, daha sərbəstdir, hər gün deyib-gülürsən. Hərçənd ki, onu görmürəm. Hər gün əsəb var. Şou-biznesdəki qalmaqallar da ki öz yerində". İfaçı müğənniliyi sonacan davam etdirməyəcəyini söyləyib: "Əlimdə maddiyyat var, ancaq bu sahəyə çox yanaşmıram. Bilirəm ki, nə zamansa müğənniliyi atacam. Bu iş ömürlük deyil. Hələ ki işlərimi yerinə yetirirəm. Bu sahədə tam qalan deyiləm". Orxan evlilik fikrindən də söz açıb: "Düşünürəm ki, bu il evlənim. Tez evlənən tez udur, deyirlər. Ona görə də istəyirəm tez evlənim. İstəyirəm ki, ata olum, sonra uşaqlarımın övladı olsun, baba olum. Artıq bu barədə düşünürəm". Müğənni evlilik üçün namizədinin olmadığını deyib: "Əslində, namizəd var idi. Artıq yoxdur. Sadəcə, həmin xanım ailəmiz tərəfindən düzgün qarşılanmadı. Atam dedi ki, bizə yaraşan bir insan deyil. Ona görə də həmin xanımdan uzaqlaşdırdı. Ailə qurmaq elə bir ciddi məsələdir ki, onu böyüksüz, məsləhətsiz yerinə yetirmək olmaz. Mən hər zaman böyüklərimdən məsləhət alıram". Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz. 


Xəbərə aid fotolar

Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib like
  • 14 Fev 19:22  
Digərləri Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Saatlıda

arrow Ətraflı
Sabunçuda ev yanıb like
  • 14 Fev 19:21  
Digərləri Sabunçuda ev yanıb

Bakının Sabunçu rayonunda yanğın olub.

arrow Ətraflı
Çin şirkəti "Atletico"dakı səhmlərinin hamısını satıb like
  • 14 Fev 19:20  
İdman Çin şirkəti "Atletico"dakı səhmlərinin hamısını satıb

"Atletico"nun yeni ev stadionunun adını satın alan "Wanda" korporasiyası art

arrow Ətraflı
Dünyanın ən nazik noutbuku təqdim olundu like
  • 14 Fev 19:10  
Digərləri Dünyanın ən nazik noutbuku təqdim olundu

"Asus" şirkəti diskret qrafika ilə təchiz edilmiş dünyada ən na

arrow Ətraflı
Ramin Quluzadənin Saatlıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib like
  • 14 Fev 19:05  
Digərləri Ramin Quluzadənin Saatlıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Saatlıd

arrow Ətraflı
"Ağıllı kişi xəyanəti hiss etdirməz" like
  • 14 Fev 19:05  
Şou-biznes "Ağıllı kişi xəyanəti hiss etdirməz"

Azərbaycanın tanınmış əkizləri Sevil və Sevinc Səfərovalar yeni klipin

arrow Ətraflı
Atasının ölümündən sarsılan Damla: "Bunu heç vaxt özümə bağışlamayacam" like
  • 14 Fev 18:58  
Şou-biznes Atasının ölümündən sarsılan Damla: "Bunu heç vaxt özümə bağışlamayacam"

Qəfildən atasını itirən Damla hələ də sarsıntı içində olduğunu deyi

arrow Ətraflı
Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq edildi like
  • 14 Fev 18:53  
Siyasət Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq edildi

Prezident İlham Əliyev "2018-2025-ci illərdə Azərbaycan Respublikasın

arrow Ətraflı
"Manchester United" 16 yaşlı futbolçunun transferini razılaşdırıb like
  • 14 Fev 18:52  
İdman "Manchester United" 16 yaşlı futbolçunun transferini razılaşdırıb

"Manchester United" "Benfica"nın gənc hücumçusu Umaru Embalonun tr

arrow Ətraflı
Prezident İlham Əliyev Cocuq Mərcanlı ilə bağlı sərəncam imzaladı like
  • 14 Fev 18:50  
Siyasət Prezident İlham Əliyev Cocuq Mərcanlı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin s

arrow Ətraflı
Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq edilib like
  • 14 Fev 18:49  
Digərləri Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq edilib

Prezident İlham Əliyev “2018–2025-ci illərdə Azərbaycan Respublikasınd

arrow Ətraflı
Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən uzaqlaşdırıldı like
  • 14 Fev 18:44  
Siyasət Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən uzaqlaşdırıldı

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad ol

arrow Ətraflı