Çin şirkəti "Atletico"dakı səhmlərinin hamısını satıb


İdman 14 Fev 2018 19:20:00 295 0

Çin şirkəti "Atletico"dakı səhmlərinin hamısını satıb

"Atletico"nun yeni ev stadionunun adını satın alan "Wanda" korporasiyası artıq klubun səhmdarı deyil. Goal.az xəbər verir ki, Çin şirkəti malik olduğu 17% səhmi israilli biznesmen İdan Oferin təsis etdiyi "Quantum Pacific Group"a satıb. Ofer hazırda "Atletico"nun 32% səhminə sahibdir. Onu yalnız klub prezidenti Enrike Sereso və Anhel Jil Marin qabaqlayır.