Dünyanın ən nazik noutbuku təqdim olundu


Digərləri 14 Fev 2018 19:10:00 312 0

Dünyanın ən nazik noutbuku təqdim olundu

"Asus" şirkəti diskret qrafika ilə təchiz edilmiş dünyada ən nazik noutbukun satışına başlayıb.

Son.az ICTnews-a istinadən xəbər verir ki, "ZenBook 13" ("UX331") modeli "IPS" matrisli 1920x1080 piksel təsvir ölçülü 13,3 düymlük sensor ekranla təchiz edilib və qalınlığı 14 mm, çəkisi isə 1,12 kq-dır.

Bundan başqa, "Asus" şirkətinin yeni məhsulu bazarda ən yaxşı oyun ultrabuku hesab edilə bilər: 2 QB-lıq yaddaşa malik "Nvidia GeForce MX150" videokartına malikdir. Həmçinin aparat dördnüvəli "Intel Core i5" prosessoru, 8 QB-lıq əməli yaddaş (LPDDR3), 256 QB tutumunda "SSD" daşıyıcı, 3 ədəd "USB 3.0" portu, təsvirin kənar ekranda göstərilməsi üçün "HDMI 2.0" interfeysi, "microSD" slotu və iki diapazonlu "802.11ac Wi-Fi" ilə təchiz edilib.