Çin klubu Bakambunun transferində federasiyanı aldatmağa çalışıb


İdman 14 Fev 2018 18:34:00 333 0

Çin klubu Bakambunun transferində federasiyanı aldatmağa çalışıb

Çin Futbol Federasiyası Superliqada çıxış edən "Beijing Guoan" klubunu cəzalandıra bilər. Goal.az xəbər verir ki, Pekin təmsilçisi "Villarreal"dan Sedrik Bakambunun transferində dələduzluq etməyə çalışıb. Klub Bakambunun 40 milyon buraxılış qiymətini birbaşa "Villarreal"a ödəməyib. Bu məbləği 3-cü tərəfə ayıran "Beijing Guoan" futbolçunun azad agent statusu almasına nail olub. Daha sonra Bakambu ilə rəsmi müqavilə imzalanıb. Çin klubunun nə üçün belə etməsi heç kimə sirr deyil. Belə ki, ölkədə bahalı legionerlərə görə klublardan 100% vergi tutulur. "Beijing Guoan"ın federasiyanı aldatmaq cəhdi onun aktivindən 10 xal silinməsi ilə nəticələnə bilər.