Bakıda Sevgililər günü - FOTOREPORTAJ


Digərləri 14 Fev 2018 18:15:43 188 0

Bakıda Sevgililər günü - FOTOREPORTAJ

"Report"un əməkdaşları paytaxtda "Sevgililər günü" ab-havasını əks etdirənd fotoreportaj hazırlayıblar

Bu gün dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da 14 fevral - Sevgililər gününü qeyd edən gənclərin sayı az deyil. "Report"un əməkdaşları paytaxtda "Sevgililər günü" ab-havasını əks etdirən fotoreportaj hazırlayıblar.

Qeyd edək ki, fevralın 14-də Bakı küçələrində adi günlərlə müqayisədə əlində gül, şar və hədiyyələr olan gənclər daha çoxdur. Şəhərdə, əsasən də metro çıxışlarında və mərkəz küçələrdə əllərində qızıl gül olan gənclər isə cütlüklərə gül satmağa çalışır. Gülün qiyməti standart olaraq 5 manatdır. Bununla yanaşı, bəzi gənc qızların "kirayə" gül götürərək foto çəkmələri də diqqətdən yayınmır...

Müxbir: Ruhanə Mirzəyeva