Birgəyaşayış rəsmi nikaha "uduzur" SORĞU


Digərləri 14 Fev 2018 18:20:00 290 0

Birgəyaşayış rəsmi nikaha "uduzur"  SORĞU

Bakı sakinləri rəsmi nikah olmadan birgə yaşamağa mənfi baxır (81%).

Son.az xəbər verir ki, "ACT Azərbaycan"ın 400 nəfər Bakı sakini arasında keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir. Birgəyaşayışa mənfi yanaşanlar, əsasən, qadınlardır (86 %).  Cütlüklərin rəsmi sənəd olmadan birlikdə yaşamasına müsbət baxanlar az da olsa var (8 %). Bunlar da, əsasən, güclü cinsin nümayəndələridir (11 %). Vəziyyətə görə davrananlar 10%-dir və onlar da, əsasən, kişilərdir (11 %).  Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.