"Barcelona" Dembelenin "nazı ilə oynayır"


İdman 14 Fev 2018 18:11:00 280 0

"Barcelona" Dembelenin "nazı ilə oynayır"

"Barcelona" rəhbərliyi ötən yay 105 milyon avorya transfer etdiyi Usman Dembelenin adaptasiyası üçün əlindən gələni edir. Goal.az xəbər verir ki, fransalı hücumçunun düzgün qidalanması üçün ona xüsusi aşpaz ayrılıb. 20 yaşlı forvard qarın pozulmasına görə fevralın 12-də məşqə çıxmamışdı. Bundan başqa Dembele şəxsi cangüdənlə də təmin olunub. Klubun həkimləri müntəzəm olaraq ona baş çəkərək fiziki durumunu öyrənirlər. İstedadlı futbolçu sentyabrda aldığı zədə səbəbindən təxminən 4 ay meydana çıxa bilməmişdi.