Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib


Digərləri 14 Fev 2018 18:11:00 241 0

Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu göndərib.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin