Azərbaycanın xarici dövlət borcunun miqdarı açıqlandı


Digərləri 14 Fev 2018 18:06:00 215 0

Azərbaycanın xarici dövlət borcunun miqdarı açıqlandı

1 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon dollar (15,978.1 milyon manat) olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyəbazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.