Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək


Digərləri 14 Fev 2018 18:08:45 214 0

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək.

Bakı. Aprelin 25-dən 29-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək. Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, beynəlxalq konfransın "XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları", "1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları" və "XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar" bölmələrində məruzələr dinləniləcək.