Azərbaycanın Birinci vitse-prezidenti Böyük Britaniya baş nazirinin ticarət elçisi ilə görüşüb


Sosial 14 Fev 2018 17:50:59 38 0

Azərbaycanın Birinci vitse-prezidenti Böyük Britaniya baş nazirinin ticarət elçisi ilə görüşüb

Mehriban Əliyeva: “Ölkələrimiz arasında əməkdaşlıq genişləndirilir və gücləndirilir”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 14-də Böyük Britaniyanın baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

"Report" xəbər verir ki, Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Baronessa Emma Nikolsonu Azərbaycanda salamlayaraq qonağın ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Böyük Britaniyanın baş nazirinin ticarət elçisinin fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak edəcəyini qeyd edən Mehriban Əliyeva bu iclasın uğurlu keçəcəyinə əminliyini bildirib. Baronessa Emma Nikolsonla 2016-cı ilin noyabrında görüşünü xatırlayan Birinci vitse-prezident onun geniş fəaliyyətini yüksək dəyərləndirib və böyük hörmətə layiq olduğunu vurğulayıb. “Ölkələrimiz arasında əməkdaşlıq genişləndirilir və gücləndirilir”, - deyən Birinci vitse-prezident Mehriban Əliyeva bu işdə Baronessa Emma Nikolsonun rolunu xüsusi qeyd edib. Mehriban Əliyeva Azərbaycanla Böyük Britaniya arasında uzun illər mövcud olan işgüzar əlaqələrin bir çox sahələri əhatə etdiyini diqqətə çatdıraraq enerji sektorundakı əməkdaşlığı xüsusi vurğulayıb, Azərbaycanda Böyük Britaniyanın bir sıra şirkətlərinin, o cümlədən BP şirkətinin uğurlu fəaliyyətini qeyd edib. Ümumi dəyəri 42 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan Mehriban Əliyeva bu layihənin uğurla həyata keçirildiyini və BP şirkətinin layihənin əsas tərəfdaşlarından biri olduğunu deyib. Diqqətə çatdırıb ki, layihənin reallaşdırılması ilə ilk qazın bu ilin iyulunda Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması nəzərdə tutulur.

İki ölkə arasında digər sahələrdə də geniş əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd edən Birinci vitse-prezident nəqliyyat, yüksək texnologiyalar, səhiyyə, kənd təsərrüfatı sahələrində böyük potensialın olduğunu vurğulayıb. Baronessa Emma Nikolsonun xeyriyyəçilik fəaliyyətindən danışan Mehriban Əliyeva AMAR Beynəlxalq Xeyriyyə Fondu ilə Heydər Əliyev Fondu arasında çox uğurlu əməkdaşlığı qeyd edib. Bildirib ki, İraqda münaqişədən əziyyət çəkən insanlar üçün 2017-ci ildə Baronessa Emma Nikolsonun təklifi ilə köçkün düşərgələrində şahmat turniri keçirilib. Azərbaycanın iki beynəlxalq şahmatçısı Azər Mirzəyev və Fərid Abbasov turnirdə iştirak edərək oyunlar keçiriblər. Bu layihəyə göstərilən dəstəyə görə Baronessa Emma Nikolsona minnətdarlığını bildirən Mehriban Əliyeva Azərbaycan tərəfinin gələcəkdə də belə layihələrdə iştirak etməyə hazır olduğunu deyib.

Böyük Britaniyanın baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizdə olmaqdan məmnunluğunu bildirib. Qonaq Mehriban Əliyeva ilə ikinci dəfədir ki, görüşdüyünü qeyd edərək keçirilən müzakirələri yüksək dəyərləndirib. Vurğulayıb ki, müzakirələrin nəticəsi olaraq hər iki tərəf üçün böyük maraq doğuran sahələrdə uğurlu işlər görülüb. Qonaq bu fəaliyyətin davam etdirilməsini arzuladıqlarını bildirib.

Fellaini "Beşiktaş"la razılığa gəlib like
  • 14 Fev 17:50  
İdman Fellaini "Beşiktaş"la razılığa gəlib

"Manchester United"in yarımmüdafiəçisi Maruan Fellaininin

arrow Ətraflı
MSK sədri: "Bütün seçki prosesi onlayn şəkildə insanlara çatdırılacaq" like
  • 14 Fev 17:48  
Siyasət MSK sədri: "Bütün seçki prosesi onlayn şəkildə insanlara çatdırılacaq"

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə

arrow Ətraflı
Bakıda məktəbdə müəllimin vərəmə yoluxduğu təsdiqlənib - RƏSMİ like
  • 14 Fev 17:47  
Sosial Bakıda məktəbdə müəllimin vərəmə yoluxduğu təsdiqlənib - RƏSMİ

Pedaqoji heyətinin və şagirdlərin müvafiq müayinəsi, həmçinin profilakt

arrow Ətraflı
Türkiyədə Azərbaycan film həftəsi keçirilə bilər like
  • 14 Fev 17:44  
Digərləri Türkiyədə Azərbaycan film həftəsi keçirilə bilər

Türkiyədə Azərbaycan film həftəsi keçirilə bilər.

arrow Ətraflı
Saakaşvili Niderlanda getdi like
  • 14 Fev 17:44  
Dünya Saakaşvili Niderlanda getdi

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil

arrow Ətraflı
3,5 milyon suriyalı Türkiyədə like
  • 14 Fev 17:39  
Digərləri 3,5 milyon suriyalı Türkiyədə

Türkiyədən Yunanıstana keçmək istəyən miqrantların olduğu rezin qayıq

arrow Ətraflı
Azərbaycanın xarici dövlət borcu ötən il 36% artıb like
  • 14 Fev 17:38  
İqtisadiyyat Azərbaycanın xarici dövlət borcu ötən il 36% artıb

Bu rəqəm bu il yanvarın 1-nə 9,398.3 mln. ABŞ dolları təşkil edib

arrow Ətraflı
Paytaxtın bu hissəsində su kəsiləcək like
  • 14 Fev 17:35  
Digərləri Paytaxtın bu hissəsində su kəsiləcək

Sabah Bakının Nərimanov rayonunun bir hissəsində su məhdudiyyətlə veril

arrow Ətraflı
Jiru: "Chelsea" mənim üçün ideal klubdur" like
  • 14 Fev 17:28  
İdman Jiru: "Chelsea" mənim üçün ideal klubdur"

"Chelsea"nin qışda "Arsenal"dan heyətinə cəlb etdiyi Olivye Jiru "West Brom

arrow Ətraflı
Azərbaycanın xarici dövlət borcunun miqdarı açıqlanıb like
  • 14 Fev 17:26  
Digərləri Azərbaycanın xarici dövlət borcunun miqdarı açıqlanıb

01 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 mily

arrow Ətraflı
"AMEA haqqında xoşagəlməz fikirlər səslənir" like
  • 14 Fev 17:24  
Digərləri "AMEA haqqında xoşagəlməz fikirlər səslənir"

Cəmiyyətdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) haqqında xoşagəlm

arrow Ətraflı
AMEA: Xarici alimlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırma aparırlar like
  • 14 Fev 17:20  
Digərləri AMEA: Xarici alimlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırma aparırlar

Hinsdistan, Qırğızıstan və Litva alimləri Azərbaycanın Dağlıq Qarabağ

arrow Ətraflı
Liviyada yük maşını aşıb: like
  • 14 Fev 17:19  
Dünya Liviyada yük maşını aşıb:

Liviyanın cənub-qərbində, Bəni Valid şəhərində ağır yol qəzası baş

arrow Ətraflı