ABŞ Milli Təhlükəsizlik Agentliyinin yaxınlığında atışma olub, 3 nəfər yaralanıb


Dünya 14 Fev 2018 17:40:39 223 0

ABŞ Milli Təhlükəsizlik Agentliyinin yaxınlığında atışma olub, 3 nəfər yaralanıb

Hadisə barədə ABŞ prezidenti Donald Trampa məlumat verilib

ABŞ-ın Merilənd əyalətində Milli Təhlükəsizlik Agentliyinin binası yaxınlığında atışma olub.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələri atəş açan şəxsi saxlayıb.

Ağ evin mətbuat katibi Sara Sanders bildirib ki, hadisə barədə ABŞ prezidenti Donald Trampa məlumat verilib.