Fellaini "Beşiktaş"la razılığa gəlib


İdman 14 Fev 2018 17:50:00 284 0

Fellaini "Beşiktaş"la razılığa gəlib

"Manchester United"in yarımmüdafiəçisi Maruan Fellaininin adı son Türkiyə çempionu "Beşiktaş"la hallanmaqda davam edir. İngiltərə mətbuatı belçikalı futbolçunun "Beşiktaş"la anlaşma əldə etdiyini yazıb.

Goal.az xəbər verir ki, mövsümün sonunda "qırmızı şeytanlar"la müqaviləsi başa çatacaq Fellaini "qara qartallar"a azad agent statusu ilə keçəcək.Qeyd edək ki, 30 yaşlı futbolçu 2013-cü ildən "Manchester United"də çıxış edir.