Liviyada yük maşını aşıb:


Dünya 14 Fev 2018 17:19:00 282 0

Liviyada yük maşını aşıb:

Liviyanın cənub-qərbində, Bəni Valid şəhərində ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, içərisində təqribən 300 miqrant olan yük maşını sürücünü idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə nəticəsində ən azı 30 nəfər ölüb, 100-dən çox şəxs xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.