MSK YAPın səlahiyyətli nümayəndələrini qeydə alıb


Siyasət 14 Fev 2018 17:01:00 240 0

MSK YAPın səlahiyyətli nümayəndələrini qeydə alıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri təsdiq olunub.

Digər prezidentliyə namizədlərin də səlahiyyətli nümayəndələri səsə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində