Gəncə sakinindən 5 kiloqrama yaxın marixuana götürülüb


Sosial 14 Fev 2018 16:59:55 340 0

Gəncə sakinindən 5 kiloqrama yaxın marixuana götürülüb

Faktla bağlı cinayət işi başlanılıb

Gəncə sakinindən 5 kiloqrama yaxın marixuana götürülüb.

Bu barədə “Report”un Qərb bürosuna DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. 

Məlumata görə, fevralın 13-də Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1975-ci il təvəllüdlü Mehman Məmmədov Gəncə şəhərində saxlanılıb. Üzərinə baxış keçirilərkən onun əlindəki sintetik torbadan çəkisi 4 kiloqram 850 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. 

Qeyd edək ki, M.Məmmədov əvvəllər iki dəfə məhkümluq həyatı yaşayıb. 

Faktla bağlı cinayət işi başlanılıb.