MSK sədri prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrini diqqətli olmağa çağırıb


Digərləri 14 Fev 2018 16:58:00 189 0

MSK sədri prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrini diqqətli olmağa çağırıb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrini imzatoplama vaxtı diqqətli olmağa çağırıb.

Bakı. Elçin Mehdiyev – Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrini imzatoplama vaxtı diqqətli olmağa çağırıb. Trend-in məlumatına görə, M.Pənahov bildirib ki, imza toplamaq üçün bütün namizədlərə bərabər şərait yaradılıb: “Namizədliyin qeydə alınması üçün imzalar düzgün olmalıdır. Sonra etibarsız imzalara görə namizədlik qeydə alınmayanda bunu başqa cür yozurlar”. MSK sədri həmçinin seçki məntəqələrində veb-kameraların quraşdırılmasına toxunub. O qeyd edib ki, yaxın günlərdə kameraların quraşdırılmasına başlanılacaq. M.Pənahovun sözlərinə görə, kameralar Azərbaycanın bütün çoğrafiyasını əhatə edəcək. MSK sədri vurğulayıb ki, seçki günü səhər saat 07:30-dan başlayaraq bütün seçki prosesi online şəkildə insanlara çatdırılacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin