Liviyada miqrantları daşıyan yük maşını aşıb, ölən və yaralananlar var


Dünya 14 Fev 2018 16:16:49 296 0

Liviyada miqrantları daşıyan yük maşını aşıb, ölən və yaralananlar var

Ölənlər arasında qadın və uşaq da var

Liviyanın cənub-qərbindəki Bani Valid şəhərində baş verən yol qəzasında azı 19 nəfər ölüb, 79-a qədər qanunsuz miqrant yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ölənlər arasında Somali və Eritreyadan olan miqrantlar çoxluq təşkil edir.

Məlumata görə, sürücü idarəetməni itirib və maşın aşıb.

Yerli KİV ölənlər arasında qadın və uşaq da olduğunu xəbər verir.

Qeyd olunur ki, Bani Valid şəhəri Liviyaya qonşu ölkələrdən gələn miqrantların gəmilər vasitəsilə İtaliya sahillərinə qeyri-qanuni köçürülməsi nöqtəsidir.

"Sky News Arabia"nın məlumatında isə göstərilir ki, yük maşınında, təxminən, 300 miqrant olub. Qəza nəticəsində onlardan 30-a yaxını ölüb, 100-dən çoxu yaralanıb.