ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib


Digərləri 14 Fev 2018 15:47:34 91 0

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibdə üzvlüyünə təkrar seçkilər keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai şuranın yeni tərkibdə üzvlüyünə təkrar seçkilər keçirilib. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, seçkilərin təşkili məqsədilə yaradılmış komissiyasının sədri, Nazirlik Aparatının rəhbəri Əjdər Cəbiyev “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın aidiyyəti fəaliyyət sahələri üzrə hüquqi aktların qəbulunda, bu sahələrdə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. Ə.Cəbiyev vurğulayıb ki, ƏƏSMN yanında İctimai şuranın əvvəlki tərkibdə fəaliyyət müddətinin qanunvericiliyə uyğun olaraq başa çatması ilə əlaqədar şuranın 15 nəfərdən ibarət yeni tərkibdə üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Komissiya tərəfindən Şuraya üzv olmaq istəyən 49 nəfərin namizədliyi və səsvermədə iştirak üçün 184 QHT nümayəndəsi təsdiq edilib. Ümumilikdə isə səsvermədə iştirak üçün 233 nəfər nümayəndənin iştirakı təsdiqlənib. 06 fevral 2018-ci il tarixdə keçirilən ilk seçki zamanı namizədlərin İctimai şuraya üzv seçilməsi üçün müvafiq Əsasnamədə nəzərdə tutulan qaydada keçirilən səsvermə nəticəsində yalnız iki nəfər Şuraya üzv seçilib. İctimai şuranın qalan 13 üzvünün də seçilməsi üçün keçirilən təkrar seçki vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin fəallığı şəraitində keçib. Tədbirin yekununda səslər komissiya üzvlərinin iştirakı ilə hesablanıb. Nəticədə namizədlərdən daha 13 nəfər şuraya üzv seçilib. Beləliklə, səsvermənin nəticələri əsasında ƏƏSMN yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibini təşkil edəcək vətəndaş cəmiyyəti institutlarının nümayəndələri müəyyən olunub. Həmin şəxslər aşağıdakılardır: 1. Rəhimli Davud Səid oğlu (Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri) 2. Rizazadə İradə Bağır qızı (“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri) 3. Əliyev Mayis Nəbi oğlu (”Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri) 4. Əsədov Ehtimad Savalan oğlu (“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri) 5. Həsənov Məmmədhəsən Murad oğlu (“Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri)
"İnter" İkardinin müqaviləsində buraxılış qiymətini çıxarmaq istəyir like
  • 14 Fev 15:46  
İdman "İnter" İkardinin müqaviləsində buraxılış qiymətini çıxarmaq istəyir

"İnter" Mauro İkardinin yayda klubunu dəyişəcəyindən narahatdır. Argenti

arrow Ətraflı
Aşıq Namiq məhkəmədə ifadə verdi: "39 min 500 manat pulumu tələb edirəm" like
  • 14 Fev 15:45  
Şou-biznes Aşıq Namiq məhkəmədə ifadə verdi: "39 min 500 manat pulumu tələb edirəm"

Elan olunmuş ittiham üzrə hər iki şəxs özlərini təqsirli bilmədikləri

arrow Ətraflı
"Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb"  İcra Hakimiyyəti like
  • 14 Fev 15:39  
Digərləri "Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb" İcra Hakimiyyəti

Bayıl sürüşmə zonasında evi olan sakinlər siyahıya alınıblar.

arrow Ətraflı
Binəqədidə hərbi vətənpərvərlik mövzusu müzakirə edilib like
  • 14 Fev 15:38  
Digərləri Binəqədidə hərbi vətənpərvərlik mövzusu müzakirə edilib

Binəqədi rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dö

arrow Ətraflı
Əməkdar artist: "Aktyorla evli idik, eyni teatrda çalışırdıq" like
  • 14 Fev 15:35  
Şou-biznes Əməkdar artist: "Aktyorla evli idik, eyni teatrda çalışırdıq"

Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Nahidə O

arrow Ətraflı
Məhkəmə keçmiş polis rəisinin apellyasiya şikayətini təmin etməyib like
  • 14 Fev 15:33  
Sosial Məhkəmə keçmiş polis rəisinin apellyasiya şikayətini təmin etməyib

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxl

arrow Ətraflı
Pxençxanda fırtına - yarış təxirə salındı like
  • 14 Fev 15:30  
İdman Pxençxanda fırtına - yarış təxirə salındı

Qış Olimpiya Oyunlarının keçirildiyi Cənubi Koreyanın Pxen&

arrow Ətraflı
2018-də yaşayışa təhvil veriləcək binalardan mənzil almağa tələsin like
  • 14 Fev 15:29  
Digərləri 2018-də yaşayışa təhvil veriləcək binalardan mənzil almağa tələsin

2018-də yaşayışa təhvil veriləcək binalardan mənzil almağa tələsin.

arrow Ətraflı
Müdafiə nazirinin müavini media nümayəndələri ilə görüşüb like
  • 14 Fev 15:27  
Siyasət Müdafiə nazirinin müavini media nümayəndələri ilə görüşüb

Görüş iştirakçıları bundan sonra da əlaqəli əməkdaşlıq fəaliyyəti

arrow Ətraflı
76 yaşlı qadın 106 yaşlı anasından polisə şikayət etdi: "Pullarımı oğurlayıb" like
  • 14 Fev 15:25  
Dünya 76 yaşlı qadın 106 yaşlı anasından polisə şikayət etdi: "Pullarımı oğurlayıb"

Moskvada 106 yaşlı qadından polisə şikayət edilib. Şikayətçi isə həmi

arrow Ətraflı
Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq like
  • 14 Fev 15:25  
Dünya Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq

"Suriyanın yenidən bərpasında da iştirak edəcəyik"

arrow Ətraflı
"Prezident Heydər Əliyev" tankeri istismara qaytarılıb like
  • 14 Fev 15:16  
Digərləri "Prezident Heydər Əliyev" tankeri istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmas

arrow Ətraflı