"Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb" İcra Hakimiyyəti


Digərləri 14 Fev 2018 15:39:00 344 0

"Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb"  İcra Hakimiyyəti

Bayıl sürüşmə zonasında evi olan sakinlər siyahıya alınıblar.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O bildirib ki, artıq siyahıya alınma başa çatıb: "Kimin ailəsində neçə nəfərin olması, məktəbdə yerləşdirilən vətəndaşların sayı dəqiqləşdirilib. Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq".