76 yaşlı qadın 106 yaşlı anasından polisə şikayət etdi: "Pullarımı oğurlayıb"


Dünya 14 Fev 2018 15:25:00 273 0

76 yaşlı qadın 106 yaşlı anasından polisə şikayət etdi: "Pullarımı oğurlayıb"

Moskvada 106 yaşlı qadından polisə şikayət edilib. Şikayətçi isə həmin qadının 76 yaşlı qızıdır.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, şikayətə əsasən, yaşı yüzü keçmiş qadın qızının pullarını və sənədlərini oğurlayıb.

Polisdən bildirilib ki, şikayətçi qadın hansı məbləğdə pulunun oğurlanmasını xatırlaya bilməyib. Hüquq-mühafizə orqanı şikayəti araşdırır.