ABŞ müdafiə naziri: "Bizi hədələsəniz sizin ən qara gününüz olacaq..." FOTO


Dünya 14 Fev 2018 14:50:00 241 0

ABŞ müdafiə naziri: "Bizi hədələsəniz sizin ən qara gününüz olacaq..."  FOTO

ABŞ-ın müdafiə naziri, "quduz köpək" ləqəbli  general Ceyms Mattis  deyi ki, ölkəsinin ötən həftə Suriyaya hava zərbələrindən çoxsaylı Rusiya muzdlu əsgərlərinin həlak olması haqda ona heç nə deyilməyib, amma bu xəbərləri mediada görüb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, general Mettis bu barədə ötən gün fevralın 13-də Senatın kəşfiyyat komitəsində dinləmələr zamanı deyib.

Pentaqonun daha əvvəl yaydığı informasiyaya görə, ötən həftə Deyr əz-Zora hava zərbələri ABŞ və Suriya müxalifət qüvvələrinin bazasına hücum edən hökumət qüvvələrini hədəfə alıb, 100-dək silahlı öldürülüb.

"Ölənlər arasında rusiyalıların, Rusiya Federasiyası əsgərlərinin, yaxud Rusiya muzdlularının olması barədə məndə informasiya yoxdur. Bu haqda sizə heç nə deyə bilmərəm. Mərkəzi Komandanlıqda, yaxud Pentaqonda bu barədə mənə bir söz deyilməyib", - Mettis vurğulayıb.

General Mettisin  bilgisiz olduğunu deməsinə baxmayaraq, Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo deyib ki, ABŞ kəşfiyyat mənbələrinin hücumda rusiyalı muzdluların iştırakına dair informasiyası ola bilər. "Kəşfiyyat nöqteyi-nəzərindən, bir çox hallarda xarici qüvvələrin döyüşlərdə muzdlulardan istifadə etməsinin şahidi olmuşuq", - Pompeo Senatın kəşfiyyat komitəsinin iclasında söyləyib.

Daha əvvəl Pentaqon ölən əsgərlərin milliyyətini açıqlamaqdan imtina edib.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü, general leytenant  Ceffri Harrigian isə bunları deyib: "Biz vahid düşmənə-İŞİD-ə qarşıyıq. Başqa heç kəslə savaşmaq istəmirik, amma nazir Mettisin keçən həftə dediyi kimi: bizi hədələsəniz, bu sizin ən uzun və ən pis gününüz olacaq".