"YPG PKKnın Suriyadakı silahlı qüvvəsidir" ABŞ Konqresinə sənəd təqdim olundu


Dünya 14 Fev 2018 14:38:00 267 0

"YPG PKKnın Suriyadakı silahlı qüvvəsidir"  ABŞ Konqresinə sənəd təqdim olundu

"YPG PKK-nın Suriyadakı silahlı qüvvəsidir".

Son.az report-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Koats fevralın 13-də Konqresə "Dünyada təhdid dəyərləndirməsi" adlı hesabatının Orta Şərq bölmündə bildirib. 

Sənəddə qeyd olunub ki, YPG PKK-nın Suriyadakı silahlı qüvvəsidir: "Bu qrup muxtariyyət əldə etməyə səy göstərəcək. Ancaq Rusiya, İran və Türkiyənin müqaviməti ilə üzləşəcək. İran Suriyadan Livana quru dəhlizi açmağa cəhd göstərir".

Xatırladaq ki, ABŞ terrorçu PKK qruplaşmasının Suriyadakı YPG və PYD adlı qollarına silah-sursat verir. Rəsmi Ankaranın etirazından sonra Vaşinqton "Suriya Demokratik Qüvvələri" ilə birlikdə fəaliyyət göstərdiyini bəyan etdi. Bu qurum isə YPG və PYD silahlılarından, başqa sözlə, yenə PKK terrorçularından formalaşıb. Nəticədə ABŞ-ın terrorçu olaraq tanıdığı PKK-nı silahlandırdığı təsdiqlənib.