Anderson: "Tənqidlər davam etsə, Neymar Fransanı tərk edəcək"


İdman 14 Fev 2018 14:36:00 343 0

Anderson: "Tənqidlər davam etsə, Neymar Fransanı tərk edəcək"

"Barcelona" və "Lyon"un sabiq hücumçusu Sonni Anderson həmyerlisi Neymar haqqında fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, 47 yaşlı eks futbolçu onun şəxsi həyatı və oyun tərzini tənqid etməməyi məqsədəuyğun sayıb.

"Mənə elə gəlir ki, insanlar Neymarı tanımır. "Santos" və "Barcelona"da oynadığı vaxt məzəmmət olunduğu hərəkətləri indi PSG-də edir. Neymar rəqib futbolçularını aldadıb onları təxribata çəkməyi sevir. Sanki onun oyununu əvvəl görməmişdilər. Şəxsən mən onun Fransa çempionatında olması və öz futbolunu oynamasına sevinirəm. Neymar dünyanın ən yaxşı 3 futbolçusundan biridir. Onu da başqaları kimi mühakimə etməliyik. Məsələn, bu futbolçunu pis oyununa görə tənqid etmək olar. Təxribat və şəxsi həyatına görə yox. Bu tənqidlər davam etsə, Neymar Fransanı tərk edəcək".