Əli Həsənov: "Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları ilə bağlı hüquqi prosedurlara başlamaq niyyətindəyik"


Siyasət 14 Fev 2018 14:20:00 48 0

Əli Həsənov: "Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları ilə bağlı hüquqi prosedurlara başlamaq niyyətindəyik"

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanla korrupsiya əlqələrində ittiham olunan, AŞ PA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını şərh edib.

Son.az xəbər verir ki, Əli Həsənov Trend-ə bildirib ki, Milan məhkəməsinin 2018-ci il 13 fevral tarixli qərarı ötən ilin ortalarında məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü təsdiqlədi.

Qeyd edim ki, anti-Azərbaycan mərkəzlər və şəbəkələr bu kimi çoxsaylı feyk-məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizə dost münasibəti bəsləyən, onunla bağlı pozitiv fikirlər bildirən tanınmış şəxsləri - ictimai-siyasi xadimləri, ekspertləri, jurnalistləri və s. hədəfə götürmək və qınaq obyektinə çevirmək istəyirdilər. Təsadüfi deyil ki, həmin vaxt OCCRP-nin "Azərbaycanın pulyuyan maşını" adlı qondarma materialı dünya mediasında sürətlə tirajlandı, məsələ ilə ayrı-ayrı ölkələrin rəsmi instansiyaları maraqlandı və orada adları keçən şəxslər, o cümlədən də guya Azərbaycandan 2 milyon 640 min dollar almış AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə xüsusi araşdırma başladıldı.

Xatırladım ki, həmin dövrdə də biz açıqlama yayaraq OSSRP-nin imzası ilə dövriyyəyə buraxılmış bu iddiaların qərəzli, əsassız, təxribat xarakteri daşıdığını və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil edilmiş çirkin qarayaxma kampaniyasının tərkib hissəsi olduğunu bildirmişdik. Göründüyü kimi, Milan məhkəməsinin obyektiv araşdırması da bunu bilavasitə təsdiqlədi.

Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil. Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar.

İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib like
  • 14 Fev 14:18  
İdman İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib

Fevralın 14-də İntizam Komitəsinin növbəti iclası keçirilib. G

arrow Ətraflı
Putin Kral Abdullahla "gözgözə" söhbət edəcək like
  • 14 Fev 14:18  
Dünya Putin Kral Abdullahla "gözgözə" söhbət edəcək

Rusiya Prezidenti Vladimir Putin sabah İordaniya Kralı Abdullahla görüşəc

arrow Ətraflı
Şok kadrlar: səmada təyyarənin like
  • 14 Fev 14:14  
Digərləri Şok kadrlar: səmada təyyarənin

ABŞ-ın "United Airlines" aviaşirkətinin UA1175 reysi ilə San-Fran

arrow Ətraflı
Polis və DTX əməkdaşları Bakıda civə satmaq istəyən şəxsləri saxlayıb (FOTO) like
  • 14 Fev 14:11  
Digərləri Polis və DTX əməkdaşları Bakıda civə satmaq istəyən şəxsləri saxlayıb (FOTO)

Polis və DTX əməkdaşları Bakıda civə satmaq istəyən şəxsləri saxlay

arrow Ətraflı
Azərbaycanda 2 idmançı ailə qurur  FOTO like
  • 14 Fev 14:10  
Digərləri Azərbaycanda 2 idmançı ailə qurur FOTO

Azərbaycan futbol üzrə millisinin sabiq hücumçusu Fərid Quliyev və voleyb

arrow Ətraflı
Danimarkanın 83 yaşlı şahzadəsinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR like
  • 14 Fev 14:07  
Digərləri Danimarkanın 83 yaşlı şahzadəsinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Ötən gün axşam saatlarında Danimarka kraliçası Marqretenin həyat yoldaş

arrow Ətraflı
Mercedes Maybach  şampan badələri, soyuducu, "sehirli" oturacaqlar və TV  FOTO like
  • 14 Fev 14:06  
Digərləri Mercedes Maybach şampan badələri, soyuducu, "sehirli" oturacaqlar və TV FOTO

Məşhur avtomobil firması "Mercedes-Benz" yeni modelini təqdim edib

arrow Ətraflı
Azərbaycanda standartlaşdırma ilə bağlı yeni qanun qəbul edilə bilər like
  • 14 Fev 13:55  
Digərləri Azərbaycanda standartlaşdırma ilə bağlı yeni qanun qəbul edilə bilər

Azərbaycanda "Standartlaşdırma haqqında" yeni qanun qəbul edilə

arrow Ətraflı
"Azəri Qardaşları" Rusiyada dünya rekordu qırdılar  FOTO like
  • 14 Fev 13:48  
Digərləri "Azəri Qardaşları" Rusiyada dünya rekordu qırdılar FOTO

Rusiyanın "Birinci" kanalında efirə gedən "Ya moqu!" yar

arrow Ətraflı
Böyük Britaniyaya səfərdən siz də çəkinin - Skarlatina bəlası var like
  • 14 Fev 13:46  
Digərləri Böyük Britaniyaya səfərdən siz də çəkinin - Skarlatina bəlası var

Böyük Britaniyada skarlatin virusunun yayılması ilə əlaqədar xarici ölk

arrow Ətraflı