Şok kadrlar: səmada təyyarənin


Digərləri 14 Fev 2018 14:14:00 266 0

Şok kadrlar: səmada təyyarənin

ABŞ-ın "United Airlines" aviaşirkətinin UA1175 reysi ilə San-Fransisko şəhərindən Havay adalarının paytaxtı Honoluluya uçan Boeing 777 təyyarəsində insident yaşanıb.

Son.az CBS-ə istinadən bildirir ki, Boeing 777 təyyarəsi Honolulu hava limanından 36 dəqiqəlik məsafədə olanda onun sağ mühərrikindən parçalar qopmağa başlayıb.

Təyyarədə olan sərnişinlərdən biri, "Google UX" şirkətinin əməkdaşı Erik Həddad Twitter-dəki profilində olayın videogörüntülərini paylaşaraq yazıb: "Bu, çox təhlükəli və pis hadisə idi".

Təyyarə Honolulu hava limanına uğurla enib.

Enişdən dərhal sonra Boeing-ə xilasedicilər, texniki xidmət servisinin əməkdaşları və yanğınsöndürənlər üz tutublar.