Polis və DTX əməkdaşları Bakıda civə satmaq istəyən şəxsləri saxlayıb (FOTO)


Digərləri 14 Fev 2018 14:11:31 219 0

Polis və DTX əməkdaşları Bakıda civə satmaq istəyən şəxsləri saxlayıb (FOTO)

Polis və DTX əməkdaşları Bakıda civə satmaq istəyən şəxsləri saxlayıb.

Bakı. İnsan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yerli idarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində Ağcabədi rayon sakinləri Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar.