Bu şəxslər üçün şəxsiyyət vəsiqəsinə görə dövlət rüsumu azaldıla bilər


Digərləri 14 Fev 2018 13:41:00 323 0

Bu şəxslər üçün şəxsiyyət vəsiqəsinə görə dövlət rüsumu azaldıla bilər

Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə dövlət rüsumlarının azaldılması planlaşdırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Dövlət rüsumları haqqında" qanuna dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, 15 yaşdan aşağı vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar aşağıdakı kimi olacaq:

- 10 iş günü ərzində veriləcəyi təqdirdə - 4 manat:

- 3 iş günü ərzində veriləcəyi təqdirdə - 20 manat:

- 1 iş günü ərzində veriləcəyi təqdirdə - 25 manat: