Sabah Bakıda nazirlərin dördüncü iclası keçiriləcək


Digərləri 14 Fev 2018 13:04:00 106 0

Sabah Bakıda nazirlərin dördüncü iclası keçiriləcək

Fevralın 15-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına hazırlıq işləri yekunlaşıb.

Son.az xəbər verir ki, Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda iştirak edəcək ölkələrin sayı dəqiqləşib. Məşvərət Şurasının IV iclasında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, "Cənub Qaz Dəhlizi" layihəsinə cəlb edilmiş ölkələrdən - Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Scalfarotto, Yunanıstanın ətraf mühit və energetika nazirliyinin nümayəndələri - Mixail Verroiopolos, Ludovikos Kotsonopoulos, Albaniyadan isə energetika və sənaye nazirinin müavini Enis Aliko iştirak edəcək.

ABŞ-ı Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio və Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson təmsil edəcək.

Monteneqronun enerji məsələləri üzrə dövlət katibi Nikola Vuyoviç, Xorvatiyanın Ətraf mühit və energetika nazirliyinin dövlət katibi İvo Milatiç, Bosniya və Hersoqovinadan isə xarici ticarət və iqtisadi əlaqələr nazirinin müşaviri Nedo Kapetina tədbirə qatılacaq. Məşvərət Şurasının iclasında ilk dəfə olaraq Türkmənistan və Rumıniya da iştirak edəcək. Türkmənistanı toplantıda Prezidentin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanı isə energetika nazirinin müavini Yuliyan Robert Tudorake təmsil edəcək.

Tədbirdə iştirakı dəqiqləşənlər arasında TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Luka Şieppatinin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də başqa regional prezidenti Qəri Counz olmaqla BP şirkəti geniş tərkibdə yer alıb. Bununla yanaşı, toplantıda Snam, Enagas, Axpo və Fluxys şirkətlərinin də iştirakı nəzərdə tutulub.

Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin enerji bölməsinin direktoru Aşok Bhargava, bankın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Nəriman Mannabekov, eləcə də layihə icracıları Yaqut Ertenliche və Səbinə Cəfərova qatılacaq.

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətinin tərkibinə isə bankın Şərqi Avropa və Qafqaz icraçı direktoru Françis Malige, Qafqaz, Moldova və Belarus üzrə regional direktor Bruno Balvanera, təbii sərvətlər üzrə direktor Erik Rasmussen, Rusiya, Qafqaz və Mərkəzi Asiyada enerji üzrə direktor Aida Sitdikova və baş bankir Veronika Krakoviç və Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte daxildir.

Azərbaycanda standartlaşdırma ilə bağlı yeni qanun qəbul edilə bilər like
  • 14 Fev 13:03  
Digərləri Azərbaycanda standartlaşdırma ilə bağlı yeni qanun qəbul edilə bilər

Azərbaycanda "Standartlaşdırma haqqında" yeni qanun qəbul edilə bilər.

arrow Ətraflı
Pərvin Abıyeva: like
  • 14 Fev 13:00  
Digərləri Pərvin Abıyeva:

Ötən gün ölkə mediasında yayılan Pərvin Abıyevanın ailə quracağı il

arrow Ətraflı
Alleqri: "Tottenham" bizi müdafiəyə oturmağa məcbur etdi" like
  • 14 Fev 12:52  
İdman Alleqri: "Tottenham" bizi müdafiəyə oturmağa məcbur etdi"

Çempionlar Liqasının 1/8 finalında keçirdiyi ilk oyunda "Totten

arrow Ətraflı
""McDonalds" məhsullarının tərkibində zərərli maddələr aşkarlanıb" like
  • 14 Fev 12:48  
Digərləri ""McDonalds" məhsullarının tərkibində zərərli maddələr aşkarlanıb"

Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov "F

arrow Ətraflı
Azərbaycan XİN başçısı Aİ ilə yeni saziş üzrə danışıqların gedişatını şərh edib like
  • 14 Fev 12:44  
Siyasət Azərbaycan XİN başçısı Aİ ilə yeni saziş üzrə danışıqların gedişatını şərh edib

Danışıqların növbəti mərhələsi 2018-ci ilin birinci rübünün sonuna v

arrow Ətraflı
Televiziyasız həyat like
  • 14 Fev 12:44  
Digərləri Televiziyasız həyat

Bu gün Azərbaycan Televiziyasının efirə çıxmasının 62, onun nəzdindək

arrow Ətraflı
"Rəfiqələrini yığıb bağda yoldaşınla bir yerdə ..." like
  • 14 Fev 12:40  
Digərləri "Rəfiqələrini yığıb bağda yoldaşınla bir yerdə ..."

Bu gün "Hər şey daxil" verilişinin qonağı olan rəqqasə Fatimə

arrow Ətraflı
"Suriyanın kimyəvi silahdan istifadə etdiyi sübut olunsa, oranı vuracağıq" like
  • 14 Fev 12:37  
Dünya "Suriyanın kimyəvi silahdan istifadə etdiyi sübut olunsa, oranı vuracağıq"

Suriya dəfələrlə mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etm

arrow Ətraflı