Alleqri: "Tottenham" bizi müdafiəyə oturmağa məcbur etdi"


İdman 14 Fev 2018 12:52:00 309 0

Alleqri: "Tottenham" bizi müdafiəyə oturmağa məcbur etdi"

Çempionlar Liqasının 1/8 finalında keçirdiyi ilk oyunda "Tottenham"i qəbul edən "Juventus" 2 top fərqi ilə önə keçsə də, sonda qələbəni əldən verib - 2:2. Goal.az xəbər verir ki, matçdan sonra "qoca senyora"nın baş məşqçisi Massimiliano Alleqri bunları deyib.

"Londondakı cavab görüşünə hazırıq. Oyuna əla başladıq, amma topa nəzarəti əldən verdik. "Tottenham" yaxşı oynadı. İlk 45 dəqiqədə rəqibə qapımız önündə təhlükə yaratmağa imkan vermədik. Onlar ələ düşən 1 imkandan yararlandı. Hesab 2:0 olandan sonra müdafiəyə oturmalı olduq. Bizi buna "Tottenham" məcbur etdi. Rəqib hesabı bərabərləşdirəndən sonra üstün tərəf biz idik. Azarkeşlər 4:0 hesabıyla qalib gəlməli olduğumuzu gözləyirdisə, deməli, son illər onları çox ərköyün etmişik. Bu bərabərlik bizi təzyiq altına salmır. Mövsüm ərzində eniş və yoxuşlar olur. Çempionlar Liqasının cari mövsümündə mübarizə çətindir, növbəti il daha çətin olacaq".

Cavab oyunu martın 7-si Londonda keçiriləcək.