Televiziyasız həyat


Digərləri 14 Fev 2018 12:44:00 416 0

Televiziyasız həyat

Bu gün Azərbaycan Televiziyasının efirə çıxmasının 62, onun nəzdindəki "Mədəniyyət" kanalının 7 ili tamam olur.   Hamının "sehirli qutu" adlandırdığı bu cihaz ilk dəfə 62 il əvvəl evimizə ayaq basanda heç kimin ağlına belə gəlməzdi ki, çox keçməyəcək və texnologiyanın bu möcüzəsi nəinki məişətimizin əvəzedilməz avadanlığına, bütövlükdə həyatımızın vazkeçilməz elementinə, hər birimizin "göz yoldaşı"na, asudə vaxtımızın məşğuliyyətinə, "üçəm" istəyimizin - xəbərləşmək, əylənmək və maariflənmək ehtiyacımızın təşnəsinə çevriləcək.   ***   Bizdə televiziyanın tarixi bugünədək bəzilərinin sevgiylə, bəzilərinin nisgillə, bir qismininsə ürəyinin tən ortasında düyümlənib nəsibinə yetməyən bir istəklə "AzTV" deyə müraciət edib səsləndiyi Azərbaycan Dövlət Televiziyasının tarixi ilə ölçülür. Və bu təkcə bir elektron yayım quruluşunun, zəmanəsinin qüdrətli bir media strukturunun tarixi deyil, bütövlükdə bir ölkənin, bir xalqın, onun maddi-mədəni-mənəvi inkişafının salnaməsidir. Belə bir "epiteti" haqq etmək isə, təbii ki, gərgin fəaliyyətdən, zəhmət dolu illərdən, coşqun yaradıcılıq entuziazmından keçir.   Bəli, bu gün ailə büdcəsinin imkan verdiyi qədər ən son model televizora yiyələnə bilərsən. Ancaq o sadəcə cihazdır, informasiya, görüntü daşıyıcısıdır. Onu ətə-qana dolduran, vizual təsviri bədii-estetik sənət səviyyəsinə qaldıran elektron media təsərrüfatında çalışan həmkarlarımızdır. Bəs efir həyatı qazanan, evimizə qədər gəlib qarşımıza çıxan verilişlər, onların keyfiyyəti bizləri qane edirmi? Burda, necə deyərlər, Kərəmi ağlamaq tutur. Niyə? Cavabı çox sadədir. Biz bir tamaşaçı kimi həm də istehlakçıyıq. Bazarda mətahın ən yaxşısını almaq istəyi cibimizin imkanları ilə tərs mütənasib ola bilər, ancaq ekrandan yüksək keyfiyyətli, məzmunlu, maraqlı teleməhsul seyr etməkdə iddialı və israrlıyıq. Yenə də niyə? Çünki TV-dən malik olduğumuz ən yaxşıları nümayiş etdirəcəyini gözləyirik. Reallıq isə ondan ibarətdir ki, bu gözləntimiz çox vaxt ümid olmaqdan o yana keçmir. Ənənəvi mətbuatın, internet medianın girdabında boğulduğu xəstəliklər bəzi telekanallara da yoluxub.   Əlamətdar haldır ki, indi televiziyadan yana az qala kütləvi miqyaslara keçən əndişələrin fonunda müsbət nümunələr də var və bu məsələdə əsas sözü yenə də həmişə olduğu kimi dövlət televiziyası deyir. Ən radikal, güruhçu opponentləri belə etiraf edə bilərlər ki, AzTV fəaliyyətə başladığı gündən bəri sırf elektron media quruluşu olmasının, birbaşa funksiyalarını yerinə yetirməsinin fövqündə bir də dövlətçilik ideologiyamıza, mədəniyyətimizə, milli düşüncəmizə, xalqın ictimai baxışlar sisteminə töhfəsini əsirgəməyib. Televiziyanın ədəbiyyatımızı, musiqimizi, teatrımızı, tariximizi, dilimizi təbliğ etməklə qalmayıb həmin dəyərləri çoxmilyonlu tamaşaçı auditoriyasına sevdirmək üçün hazırlayıb təqdim etdiyi verilişlərin hər biri ayrılıqda bişkin, peşəkar və bənzərsiz sənət əsərləridir.   Hələ bir neçə il əvvəl Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində televiziyanın ən aktual və təxirəsalınmaz problemlərinə toxunaraq deyirdi: "Məlum olduğu kimi, hal-hazırda dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir. Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır".   Aradan bir xeyli vaxt ötsə də "iki cüt bir tək" telekanaldan savayı fəaliyyətini yaxşılığa doğru təshih edən, köklü keyfiyyət dəyişikliklərinə nail olan televiziya, təəssüflər olsun ki, azdır. Son illərin efir vakxanaliyası, telesiyasətə və televiziyaçılığa nabələd adamların dövlət televiziyasına qarşı toplum tərəfindən dəstək tapmayan isterik çağırışları, az qala həndəsi silsilə üzrə artan teleşouların insanların zövqünə divan tutan "kakafoniyası" tamaşaçını bir daha öz orientirlərini müəyyənləşdirməyə dəvət edir və əlamətdar faktdır ki, əksəriyyətin yekdil simpatiyasının Azərbaycan teleməkanının bu aparıcı və peşəkar telekanalından - AzTV-dən yana olduğunu müşahidə edirik.   Bu gün biz bir tamaşaçı kimi başqa telekanallarda tapa bilmədiyimizi 62 yaşlı bu "ixtiyar" kanalda tapırıq. "Əsas məsələ", "Səhər", "Ovqat", "Səadət", "Sevilənlər", "Yaradanlar, yaşadanlar", "Bu axşam" kimi proqram və verilişlər tamaşaçılar arasında rəgbət və maraqla qarşılanır. "Azərbaycan tarixi", "Turan", "Azərbaycan dili", "Sözün sirri", "Elm və innovasiya", "Şahmat klubu", "Kənd saatı", "Bağçılıq" kimi elmi-maarifçi verilişlərin isə özünün geniş tamaşaçı auditoriyası vardır. Başqa kanallardakı sırf biznes xarakterli, əsil şoulara parodiyadan başqa bir şey olmayan bayağı və səviyyəsiz şoulardan fərqli olaraq "Breyn-rinq", "Nə? Harada? Nə vaxt?", "61!", "Mən Azərbaycanlıyam", "Əlaçı" "Pillə", "Hazırcavablar" kimi intellektual şou proqramları da yeniyetmə və gənclərin maraqla və sevərək gözləyib izlədikləri verilişlərdəndir.   Operativlik, peşəkarlıq və dəqiqlik kimi prinsipləri əsas tutaraq gündə səkkiz dəfə müxtəlif dillərdə və ən "isti" məlumatlarla efirə çıxan "Xəbərlər" informasiya proqramı ciddi bir tamaşaçı au

Xalid Niyazov, Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent