Qvardiola: "Demək olar ki, Çempionlar Liqasının 1/4 finalına çıxmışıq"


İdman 14 Fev 2018 12:35:00 360 0

Qvardiola: "Demək olar ki, Çempionlar Liqasının 1/4 finalına çıxmışıq"

"Manchester City"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 finalında baş tutan ilk oyunda "Basel" üzərindəki inamlı qələbədən (4:0) sonra fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, ispaniyalı mütəxəsis bunları deyib:

"Mendi və Jezuşu hesaba almasaq, heyətdə itkilərimiz yoxdur. Hər turnirdə əlimizdə olan futbolçulardan istifadə etmək imkanımız var. Fevral ayı olsa da, Premyer Liqada ən gözəl mövqe bizdədir. Ən yaxın rəqibimizi 16 xal qabaqlayırıq. Demək olar ki, Çempionlar Liqasının 1/4 finalına çıxmışıq, İngiltərə Liqa Kubokunda finaldayıq. Növbəti həftə artıq İngiltərə Kubokunda 1/4 finala vəsiqə qazana bilərik".