Məmmədyarov: Azərbaycan qonşularla, xüsusilə Rusiya ilə strateji münasibətlərin inkişafına böyük əhəmiyyət verir


Digərləri 14 Fev 2018 12:46:00 231 0

Məmmədyarov: Azərbaycan qonşularla, xüsusilə Rusiya ilə strateji münasibətlərin inkişafına böyük əhəmiyyət verir

Azərbaycan qonşularla, xüsusilə Rusiya ilə strateji münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

Bakı. Azərbaycan qonşularla, xüsusilə Rusiya ilə strateji münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində rəsmi Bakı ilə Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq sazişinin Azərbaycan-Moskva əlaqələrinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib. Nazir qeyd edib: "Ümumilikdə biz Rusiya ilə siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafında əldə olunan mühüm nəticələrdən məmnunuq". E.Məmmədyarov bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq da qarşılıqlı hörmət və qarşılıqlı səmərəli iş birliyi əsasında inkişaf edir: "Aİ ilə münasibətlərin inkişafına böyük diqqət ayrılır. Hərçənd Azərbaycan-Rusiya və Azərbaycan-Aİ münasibətləri müxtəlif müstəvilərdə inkişaf edir və ilk növbədə xalqlarımızın rifahına xidmət edir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin