"Suriyanın kimyəvi silahdan istifadə etdiyi sübut olunsa, oranı vuracağıq"
Dünya 14 Fev 2018 12:37:00 407 0
Suriya dəfələrlə mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməkdə günahlandırılsa da, Şam bunu həmişə təkzib edib
. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) tərəfindən də bu silahların məhv edildiyi təsdiqlənib.
Son.az Sputniknews-a istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında jurnalistlərə Suriyanın kimyəvi silahdan istifadə etməsi ilə bağlı açıqlama verib. O, bildirib ki, Suriyanın mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etdiyi təsdiqlənsə, həmin silahların saxlandığı baza vurulacaq.
Mənbə: milli.az