Güləş yığmamızın Dünya Kubokundakı rəqibləri müəyyənləşdi


İdman 14 Fev 2018 12:17:00 423 0

Güləş yığmamızın Dünya Kubokundakı rəqibləri müəyyənləşdi

ABŞ-ın Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunun püşkü atılıb.

Goal.az xəbər verir ki, Dünya Güləş Birliyinin mənzil qərargahında baş tutan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Firdovsi Umudovun rəhbərlik etdiyi kollektiv Kuba, Qazaxıstan və Rusiya yığmaları ilə B yarımqrupunda mübarizə aparacaq.

ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.

Milli aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması ötənilki analoji yarışı 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.