Bəyanat: Azərbaycanın elm adamlarının prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs verəcəklər


Digərləri 14 Fev 2018 12:15:00 220 0

Bəyanat: Azərbaycanın elm adamlarının prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs verəcəklər

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan prezidenti seçkiləri ilə bağlı toplantı keçirilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan prezidenti seçkiləri ilə bağlı toplantı keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov Prezident İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Natiq vurğulayıb ki, ölkə başçısının elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. T.Bünyadov elm adamlarının qarşıdakı prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib. AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb. Ölkə başçısının cari ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinə dair müvafiq sərəncamını xatırladan alim bununla cənab Prezidentin Şərqin ilk demokratik respublikası olan Azərbaycanın tarixi köklərinə sahib çıxdığını vurğulayıb. K.Bünyatzadə hər kəsi qarşıdakı prezident seçkilərində ölkəmizə böyük uğurlar qazandırmış İlham Əliyevə səs verməyə çağırıb: “İlham Əliyevə səs vermək Azərbaycanın yalnız bu gününə, sabahına deyil, keçmişinə, tarixinə sahib olmağa səs verməkdir. İlham Əliyevə səs vermək Azərbaycanın inkişaf tarixinin qırılmadan sabit şəkildə davam etməsinə səs verməkdir”.