Azərbaycanda son 15 ildə məcmu bank aktivləri 27 dəfə artıb


İqtisadiyyat 14 Fev 2018 11:58:00 324 0

Azərbaycanda son 15 ildə məcmu bank aktivləri 27 dəfə artıb

Zakir Nuriyev: "Bu illər ərzində əhalinin bank əmanətləri isə 30 dəfəyə yaxın artıb"

 2003-2017-ci illər ərzində Azərbaycanda bank aktivlərinin ümumi həcmi 27 dəfəyə yaxın artıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, hesabat dövründə kredit portfelinin həcmi 19 dəfə artıb: "Bu illər ərzində bank sektorunun depozit bazası 28 dəfə, əhalinin əmanətləri isə 30 dəfəyə yaxın artıb. Bank sektorunun kapitallaşması davam edib. Cəmi kapitalın həcmində 20 dəfəyə yaxın artım müşahidə olunub".

Z.Nuriyev qeyd edib ki, 188 mln. manatdan başlayan balans kapitalının həcmi bu gün 3,7 mlrd. manata çatıb.