Qulam İsaqzai: "BMT Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək"


Siyasət 14 Fev 2018 12:04:00 364 0

Qulam İsaqzai: "BMT Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək"

"Azərbaycan və BMT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində gələcək addımları müzakirə edəcəklər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai deyib.

O qeyd edib ki, əsas məqsəd prioritetlərin müəyyən edilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün atılmalı olan siyasi addımların müzakirəsidir:

"Biz hesab edirik ki, bu məqsədlərə nail olmaq Azərbaycan cəmiyyətinə müsbət təsir göstərəcək. Bizim reallaşdırmağı planlaşdırdığımız proqramlar əlilliyi olan şəxslər, qadın və uşaqlar üçün çox vacibdir. Burada söhbət həm şəhər, həm də kənd əhalisindən gedir. Ümumilikdə biz Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində