Gülyaz dünyasını dəyişən xalq artistinin son görüntüsünü yaydı


Kriminal 14 Fev 2018 12:00:00 421 0

Gülyaz dünyasını dəyişən xalq artistinin son görüntüsünü yaydı

Xalq artisti Gülyaz Məmmədova ötən gün dünyasını dəyişən qarmon ifaçısı Kamil Vəzirovun son görüntülərini paylaşıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, xalq artisti ilə ölümündən iki gün əvvəl bir araya gəlib:

"Kamil müəllimlə bizim son görüşümüz imiş. Xəstəxanada mənə dedi ki, qızım gəl şəklimizi çəksinlər, ustadından sənə yadigar qalsın. Həyatda hər şey ola bilər... Hər gün deyirdi, çox yaxşıyam. Eşitdiyim xəbər isə bizi çox sarsıtdı. Bizdən sənətdə atalığını, qardaşlığını əskik etmədi. Kamil müəllim, ruhun şad olsun".