Mariya Nemtsovanın adı "qara siyahı"dan çıxarıldı


Siyasət 14 Fev 2018 11:45:00 67 0

Mariya Nemtsovanın adı "qara siyahı"dan çıxarıldı

Rusiya Federasiyası vətəndaşı, "Sülh naminə musiqi" layihəsinin üzvü, musiqiçi Mariya Nemtsovanın adının arzuolunmaz şəxslər siyahısından çıxarılıb.

Azərbaycan XİN-dən Son.az-a verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı, "Sülh naminə musiqi" layihəsinin üzvü, musiqiçi Mariya Nemtsova, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.

Məktubunda Mariya Nemtsova 2015-ci ildə "Sülh naminə musiqi" layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Mariya Nemtsova Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.

Mariya Nemtsova həmçinin, "Sülh naminə musiqi" layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

Mariya Nemtsovanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. Qeyd edək ki, Rusiyanın məşhur pianoçularından biri olan Mariya Nemtsova bir sıra beynəlxalq müsabiqələrin qalibi, mükafatların sahibidir. "Sülh naminə musiqi" layihəsinin müəllifi olan pianoçu tanınmış saksafonçu Vitali Vatuley ilə birlikdə dünyanın problemli, münaqişəli, qaynar nöqtələrində konsertlər və ustad dərsləri verir.  Pünhan Mirzə

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində      

Yaponiyada qar 15 nəfərin həyatına son qoydu like
  • 14 Fev 11:43  
Dünya Yaponiyada qar 15 nəfərin həyatına son qoydu

Son bir həftə ərzində Yaponiyanın bir sıra ərazilərinə yağan güclü q

arrow Ətraflı
Bakıda silahlı narkobaron saxlanılıb like
  • 14 Fev 11:41  
Sosial Bakıda silahlı narkobaron saxlanılıb

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi ba

arrow Ətraflı
Mustafanın arvadı keçmiş sevgilisinə qayıtdı like
  • 14 Fev 11:40  
Digərləri Mustafanın arvadı keçmiş sevgilisinə qayıtdı

Müğənni Mustafa Sandaldan boşanma xəbərləri ilə gündəmdə olan serb m

arrow Ətraflı
Bakıda silahlı narkobaron saxlanılıb (FOTO) like
  • 14 Fev 11:40  
Digərləri Bakıda silahlı narkobaron saxlanılıb (FOTO)

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşları tərəfind

arrow Ətraflı
"Zeytun budağı"nda 1485-ci terrorçu məhv edildi like
  • 14 Fev 11:39  
Digərləri "Zeytun budağı"nda 1485-ci terrorçu məhv edildi

"Zeytun budağı" əməliyyatı çərçivəsində bu günədək 1485 terrorçu z

arrow Ətraflı
"Azərbaycan və Almaniyanın İKT şirkətlərinin iştirakı ilə biznesforum keçirilməlidir" like
  • 14 Fev 11:37  
Digərləri "Azərbaycan və Almaniyanın İKT şirkətlərinin iştirakı ilə biznesforum keçirilməlidir"

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin rəh

arrow Ətraflı
Allahşükür Paşazadə: Dindarlar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir like
  • 14 Fev 11:34  
Digərləri Allahşükür Paşazadə: Dindarlar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir

"Xalq, cəmiyyət yekdillikdə Prezident İlham Əliyevin namizədliyini dəstə

arrow Ətraflı
Vertolyot sığırla toqquşdu like
  • 14 Fev 11:34  
Dünya Vertolyot sığırla toqquşdu

ABŞ-ın Yuta ştatında qəribə olay baş verib.

arrow Ətraflı
Mourinyo: "Liverpool" kiçik klubdur" like
  • 14 Fev 11:33  
İdman Mourinyo: "Liverpool" kiçik klubdur"

"Manchester United"in baş məşqçisi Joze Mourinyo Premyer Liqad

arrow Ətraflı
Afrində öldürülən terrorçuların sayı like
  • 14 Fev 11:31  
Dünya Afrində öldürülən terrorçuların sayı

Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan antiterror

arrow Ətraflı