Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən rusiyalı musiqiçi də səhvini anladı


Digərləri 14 Fev 2018 11:43:34 223 0

Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən rusiyalı musiqiçi də səhvini anladı

Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən rusiyalı musiqiçi də səhvini anladı.

Bakı. Rusiya vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Mariya Nemtsova Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktubunda Mariya Nemtsova 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb. M.Nemtsova Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.