Mustafanın arvadı keçmiş sevgilisinə qayıtdı


Digərləri 14 Fev 2018 11:40:00 281 0

Mustafanın arvadı keçmiş sevgilisinə qayıtdı

Müğənni Mustafa Sandaldan boşanma xəbərləri ilə gündəmdə olan serb müğənni Emina Sandal haqqında yeni iddia ortaya atılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, Eminanın ölkəsində yazılan məlumatlara görə, onun ərindən ayrılmasına səbəb keçmiş sevgilisidir. Belə ki, E.Sandal bir vaxtlar böyük eşq yaşadığı keçmiş sevgilisi Marko Miskoviçə qayıdıb. Mediada yazılanlara əsasən, Emina Markonu unuda bilməyib və onunla yenidən münasibət qurmaq qərarına gəlib.

Qeyd edək ki, Mustafa ilə Eminanın boşanmasına müxtəlif səbəblər göstərilir. Cütlüyün boşanma xəbərlərini reklam xarakterli olduğunu iddia edənlər də var. Mustafa ilə Eminanın 2 oğlu var.