ATƏT PA terrorizmlə mübarizəni müzakirə edəcək


Dünya 14 Fev 2018 11:25:00 235 0

ATƏT PA terrorizmlə mübarizəni müzakirə edəcək

ATƏT Parlament Assambleyası 2018-ci il fevralın 22-23-də Vyanada keçiriləcək 17-ci qış sessiyasında "yalan xəbərlər", iqlim dəyişikliyi, miqrasiya, terrorizm və daha bir neçə məsələləri müzakirə edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, açılış sessiyasında ATƏT PA-nın prezidenti Georgi Sereteli, ATƏT-in baş katibi Tomas Qreminger, ATƏT-in fəaliyyətdə olan sədri - İtaliyanın adından isə xarici işlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə dövlət müşaviri Vinçenzo Amendola çıxış edəcəklər.

Sessiya çərçivəsində üç baş komitədə təhlükəsizlik siyasəti, iqtisadiyyat, ətraf mühit, eləcə də insan haqları və humanitar məsələlər ətrafında müzakirələr aparılacaq, sessiyanın yekununda hər üç komitənin birgə iclası keçiriləcək.