PAŞA Sığortadan müştərilər üçün innovativ bir ilk!


Digərləri 14 Fev 2018 11:15:00 355 0

PAŞA Sığortadan müştərilər üçün innovativ bir ilk!

PAŞA Sığorta şirkəti müştərilərinə avtomobil təmirinin izlənilməsi ilə əlaqədar yeni modul təqdim edərək sığorta sektorunda bir innovativ ilkə imza atdı.

Hər zaman istifadəçilərinin rahatlığını düşünən PAŞA Sığorta şirkəti bu dəfə müştərilərə avtoservisdə olan avtomobillərinin təmirinin izlənilməsi üçün yeni modulu istifadəyə verdi və artıq istifadəçilər istənilən yerdə telefon və ya kompüter vasitəsi ilə şirkətin rəsmi veb saytının ekranın sağ hissəsindən "Şəxsi Kabinetə" daxil olaraq "Təmir prosesini izlə" bölməsində dövlət qeydiyyat nişanı və müştəriyə ayrılan özəl şifrəni yazmaqla nəzarət sisteminə daxil olub təmirdə olan avtomobillərinin cari vəziyyəti barədə ətraflı məlumat əldə edə biləcəklər. 30-dan çox avtoservisə qoşulmuş bu modul istifadəçi üçün çox rahat və praktik şəkildə işlənilmişdir.

Beləliklə, PAŞA Sığorta şirkətindən icbari və ya KASKO sığortası əldə etmiş müştərilər sığorta hadisəsi zamanı avtomobillərinin təmir prosesini onlayn olaraq izləyə biləcəklər. Yeni təqdim olunmuş modulda müştərilər avtomobillərinin qəza yerindən təslim vəziyyəti ilə birgə avtoservisdə olan təmir prosedurunu detallı şəkilləri ilə tanış ola və təmir mərhələlərinin təxmini bitmə tarixləri barədə məlumat ala biləcəklər. Təmir zamanı hər bir prosesdən sonra çəkilmiş şəkillər və prosesinin təxmini bitmə tarixi avtoservis əməkdaşları tərəfindən modula daxil ediləcək.