İtaliyalı şairə ermənilərin Xocalıda törətdiyi soyqırıma şeirlər həsr edib kitab buraxdı FOTO


Dünya 14 Fev 2018 11:18:00 128 0

İtaliyalı şairə ermənilərin Xocalıda törətdiyi soyqırıma şeirlər həsr edib kitab buraxdı  FOTO

Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, İtaliyanın Milan şəhərində şairə Maddalena Capalbinin Xocalı faciəsindən bəhs edən "Günahsız" adlı şeirlər toplusunun təqdimatı olub. Təqdimat Milan Bələdiyyəsinin hər ay  təşkil etdiyi "Milan  poesiya ilə qovuşdu" layhəsi çərçivəsində baş tutub. Layihənin məqsədi insanları poeziyaya daha da yaxınlaşdırmaq, poetik dillə həm bədii, həm də sosial mesajlar verməkdir.

Palazzo Marino Milan administrasiyası binasında keçirilən M.Capalbi ilə görüşdə şəhər bələdiyyəsinin rəhbərliyi, yazıçı  və şairlər, jurnalistlər, Güzeppe Verdi adına Milan Dövlət  Konservatoriyasının professor və  tələbə heyəti, musiqiçilər və digər sənətlərin təmsilçiləri, iş adamları və təşkilat rəhbərləri iştirak edib. Tədbirdə rejissorluğu və aparıcılığı Milan Konservatoriyasının professoru, bəstəkar-şair Azərbaycan Yazıçılar İttifaqinin üzvü Davide Gualtieri edib.

Tədbirin aparıcısı D.Gualtieri bildirib ki, M.Capalbinin qadın və uşaq zorakılığından bəhs edən şeirləri əslində, ermənilərin Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi amansız qəddarlıqların təsviridir. O, iştirakçılara Xocalıda öz doğma torpaqlarında şəhid olmuş, ata-baba yurdundan didərgin duşmüşlərin agrısı haqqında məlumat verib. D.Gualtieri həmçinin qeyd edib ki, günahkar təkcə faciəni törədənlər deyil, həm də bu faciəni görüb susanlardır.

Şairə M.Capalbi də bu faciədən ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlərdən yaxşı xəbərdar olduğunu deyib. Azərbaycanı yaxşı tanıdığını vurğulayan şairə ölkəmizin dostu olaraq İtaliyada "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının Milanda təşkil etdiyi Xocalı soyqırımına həsr edilən tədbirlərdə iştirak edərək bizi hər zaman dəstəklədiyini bildirib. O, azərbaycanlı şair və yazıçılarla dostluq münasibətlərindən də bəhs edib.

Görüşdə M.Capalbinin həyat və yaradıcılıgından bəhc olunub, şerlərindən parçalar səsləndirilib, bəzi şeirlər isə mahnı, musiqi və rəqslərlə teatrlaşdırılmış şəkildə tamaşaçılara təqdim olunub. Tədbirin bədii hissəsinin yaradıcı heyətində xoreograf, İtaliyada Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Mais Nuriyev də olub.

Qeyd edək ki, gənc yaşlarından poeziya həvəs göstərən M.Capalbi uzun illər Milan Prokurorluğunda kansler vəzifəsində çalışsa da, yaradıcılığını davam etdirir və hər il poetik antalogiyalarla çıxış edir. Bu fəaliyyətinə görə şairə 2015-ci ildə "Qızıl Ambrogino" mükafatına layiq görülüb. O, şeirlərində əsasən zülmlərə məruz qalan günahsız uşaqlar və qadınlar haqqında danışır. Müqəddəs qadınları təhqir olunmuş göstərir və qadın obrazını önə çəkir. Qədim vaxtlarda oldugu kimi bu gün də qadınların zorakılığa məruz qaldığını təəssüflə bildirən şairə bütün təbəqələrdən olan və iztirab çəkən, günahsız, əzablara düçar olmuş qadınları cəsarətlə təsvir edib. Onun fikrincə, qan, təcavüz içində yaşayan balaca uşaqlar buna öyrəşərək hətta gülə bilir, həyatın belə olduguna da inanırlar. Onlarda qorxu, həyəcan o qədər güclü olur ki, azadlıq veriləndə belə onları əsil insan həyatına qaytarmaq çətin olur. Bu anlar onların ömürlük yaddaşlarına həkk olur.  

Pünhan Mirzə

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində      


Xəbərə aid fotolar

PAŞA Sığortadan müştərilər üçün innovativ bir ilk! like
  • 14 Fev 11:15  
Digərləri PAŞA Sığortadan müştərilər üçün innovativ bir ilk!

PAŞA Sığorta şirkəti müştərilərinə avtomobil təmirinin izlənilməsi

arrow Ətraflı
BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycan regionun liderdir" like
  • 14 Fev 11:14  
Siyasət BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycan regionun liderdir"

Qulam İsakzai: "Azərbaycanla əməkdaşlığımızdan məmnunuq"

arrow Ətraflı
Nadir Moskvada dəbdəbəli ad günü etdi  VİDEO like
  • 14 Fev 11:12  
Şou-biznes Nadir Moskvada dəbdəbəli ad günü etdi VİDEO

Ötən gün müğənni Nadir Qafarzadənin ad günü olub.

arrow Ətraflı
Bakıda "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda konfrans keçirilir like
  • 14 Fev 11:10  
İqtisadiyyat Bakıda "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda konfrans keçirilir

Məmməd Musayev: "Azərbaycan sahibkarları adından prezident seçkilərində

arrow Ətraflı
Yaponiyada qar 15 nəfərin həyatına son qoydu like
  • 14 Fev 11:05  
Digərləri Yaponiyada qar 15 nəfərin həyatına son qoydu

Son bir həftə ərzində Yaponiyanın bir sıra ərazilərinə yağan güclü q

arrow Ətraflı
Kadir İnanır ikinci dəfə əməliyyat olunacaq like
  • 14 Fev 11:03  
Digərləri Kadir İnanır ikinci dəfə əməliyyat olunacaq

Beyin əməliyyatı keçirən "Yeşilçam" ulduzu Kadir İnanırdan x

arrow Ətraflı
Azərbaycanda bu bankın rəhbərliyində dəyişikliklər gözlənilir like
  • 14 Fev 11:02  
Digərləri Azərbaycanda bu bankın rəhbərliyində dəyişikliklər gözlənilir

Məsələ fevralın 22-də bankın səhmdarlarının yığıncağında müzakir

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb  FOTO like
  • 14 Fev 11:00  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb FOTO

Fevral ayının 14-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri

arrow Ətraflı
Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur like
  • 14 Fev 10:58  
Digərləri Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-201

arrow Ətraflı
Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib (FOTO) like
  • 14 Fev 10:57  
Digərləri Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib (FOTO)

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qə

arrow Ətraflı